Ukraynalıların Zelenskiyə inamı azalıb – SORĞU 

Ukraynalıların Zelenskiyə inamı azalıb – SORĞU 

Zelenskinin Ukrayna vətəndaşları arasında populyarlığı 60%-ə düşüb.

 

Sfera.az bildirir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

 

Qeyd olunub ki, aşağı faiz göstəricisi ukraynalıların uğursuz əks-hücuma görə məyus olması ilə əlaqədardır. “Zelenskinin populyarlığı Ukrayna münaqişəsinin əvvəlində 98% olsa da, indi 60%-ə düşüb. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğuya əsasən, ukraynalıların yalnız 54%-i ölkənin düzgün yolda olduğuna inanır. Bu isə əhalinin davam edən münaqişəyə görə yorğun olduğunu göstərir”, deyə qəzet yazıb.

 

Bildirilib ki, sorğuya əsasən, Ukrayna xalqı hələ də öz ordusuna inanır.

 

Günay

Sfera.az


OXŞAR XƏBƏRLƏR