“2023-cü ili “Putin ili” adlandırmaq olar” – Fransız jurnalistlər SƏBƏBLƏRİ AÇIQLADI

“2023-cü ili “Putin ili” adlandırmaq olar” – Fransız jurnalistlər SƏBƏBLƏRİ AÇIQLADI

“2023-cü ili “Putin ili” adlandırmaq olar”.

 

Sfera.az bildirir ki, bu barədə Fransanın “Le Parisien” nəşri yazı dərc edib. Məqalədə qeyd olunub ki, Ukrayna savaşında əldə edilən uğurlar, yeni siyasi müttəfiqlər və Rusiya iqtisadiyyatının sabit göstəriciləri bunu deməyə əsas verir.

 

“Ötən il Rusiya prezidentinin xeyrinə bitdi. Ölkə iqtisadiyyatı sabit inkişaf nümayiş etdirdi, Moskva yeni tərəfdaşlar və ticarətin istiqamətini dəyişdirməklə Qərbin sanksiyalarından yan keçə bildi. Putinin siyasəti Rusiya Federasiyasının təcrid olunmasına imkan vermədi. Bunu onun Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına son səfərləri də açıq şəkildə nümayiş etdirdi”, deyə nəşr vurğulayıb.

 

Fransız jurnalistlərin fikrincə, 2024-cü ilin yazında keçiriləcək seçkilər Rusiyanın hazırkı prezidenti üçün “formal” ola bilər.

 

CNN telekanalının jurnalistlərinin fikrincə isə, Putin 2024-cü ilə ötən illə müqayisədə daha inamlı başlayır. Onların qənaətinə görə, Rusiya lideri Şimali Koreyanın hərbi dəstəyindən istifadə edir. “Rusiya Ukrayna ilə müqayisədə orduda say baxımından da üstünlüyə malikdir”, deyə jurnalistlər əlavə ediblər.

 

Günay

Sfera.az


OXŞAR XƏBƏRLƏR