Çin-ABŞ gərginliyi PİK HƏDDƏ: Bayden Pekinin hansı təklifini rədd etdi? 

Çin-ABŞ gərginliyi PİK HƏDDƏ: Bayden Pekinin hansı təklifini rədd etdi? 

“Çinin Tayvanla birləşməsi qaçılmazdır”. Bunu Çin lideri Si Cinpin Yeni il təbrikində deyib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Tayvan mövzusu 2024-cü ildə də aktuallığını qoruyacaq. Onun sözlərinə görə, Pekin Tayvanı Çinə birləşdirmək siyasətini gücləndirəcək:

 

“Si Cinpin bir müddət əvvəl ABŞ prezidenti Co Baydenlə San-Fransiskoda son görüşü zamanı Ağ Ev sahibinə Tayvanı Çinə birləşdirmək planları barədə danışıb. Bu barədə ABŞ-nin məhşur “NBC News” televiziya kanalı xəbər yayıb. Cinpin Baydeni inandırmağa çalışıb ki, Pekin müharibə istəmir, ancaq Tayvanı Çinə birləşdirmək siyasətindən də imtina edən deyil. Yayılan xəbər görə, Cinpin Tayvanı Çinə birləşdirəcəyi tarixi də göstərib. Bu ya 2025, ya da 2027-ci ildə baş verəcək. Çin sədri Baydeni inandırmağa çalışıb ki, ABŞ Tayvanı müstəqil dövlət kimi tanımaqdan imtina etsin. Bayden Cinpinin bu təklifini qəbul etməyib”.

 

Ekspert əlavə edib ki, Vaşinqton Tayvanın Çinə birləşdirilməsinə mane olacaq və bunu Si Cinpin də başa düşür: “Ona görə də Cinpin Çin silahlı qüvvələrinin modernləşdirilməsinin sürətləndirilməsinə qərar verib. Vaşinqton Pekinin planlarından narahatdır. “Reuters” agentliyinin məlumatına görə, ABŞ Tayvana əlavə olaraq 300 milyon dollar ayırıb. Bu maliyyə Tayvanın müdafiə sistemlərinin gücləndirilməsinə xərclənəcək. ABŞ “Vahid Çin” konsepsiyasını əvvəlki kimi dəstəkləsə də, Tayvanın zorla Çinə biləşdirilməsinin əleyhinədir”.

 

Günay

Sfera.az


OXŞAR XƏBƏRLƏR