"ABŞ olmayacaq, İsrail isə..." - Jirinovskinin 2024-cü il PROQNOZLARI

Liberal Demokrat Partiyasının vəfat etmiş lideri Vladimir Jirinovski ABŞ-nin mövcudluğuna 2024-cü ildə son qoyulacağı proqnozunu verib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Qorodçe” məlumat yayıb .

 

Nəşr siyasi xadimdən sitat gətirib:

 

"2024-cü ildə ABŞ-də seçkilər olmayacaq, çünki Amerikanın özü olmayacaq".

 

Eyni zamanda, Jirinovskinin fikrincə, ABŞ-nin dağılmasının səbəbi ölkə daxilində millətlərarası münaqişələr olacaq. 

 

Bundan əlavə, nəşr Jirinovskinin sağlığında verdiyi və artıq reallaşan proqnozlarını xatırladıb. Xüsusilə, 2019-cu ildə Liberal Demokrat Partiyasının keçmiş lideri Yaxın Şərqdə münaqişə olacağını proqnozlaşdırıb. 

 

“Hər kəs Ukraynanın nə olduğunu unudacaq, çünki ən dəhşətli hadisələr burada baş verəcək”, - siyasətçi bildirib.


Bundan əvvəl, LDPR-in keçmiş liderinin 2012-ci ildə Yaxın Şərqdə böhran proqnozlaşdırdığı çıxışının videosu yayımlanmışdı. Jirinovskinin fikrincə, bu, İsrail və İran arasında müharibəyə çevriləcək. O həmçinin qeyd edib ki, rəsmi Yerusəlim İran silahlarından və ərəb ölkələrinin artan gənc əhalisindən qorxur. Bununla bağlı siyasətçinin fikirlərinə görə, hələ 2010-cu ildə Tehranla münasibətlərdəki problemlərin güc yolu ilə həllinə dair qərar qəbul edilib. O, eyni zamanda İranın İsrailə hücumunu qaçılmaz adlandırıb.

 

İnternetdə Jirinovskinin İsrailin Fələstinə nüvə zərbəsi endirməsi ilə bağlı daha bir proqnozu tapılıb. Görüntülərdə siyasətçi bildirir ki, guya, yəhudi dünyası Yaxın Şərqdə yeni münaqişə raundunun alovlanmasından faydalanır.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...