"30-a yaxın ölkə buna hazırdır" - Putin AÇIQLADI

"30-a yaxın ölkə bu və ya digər formada BRİKS assosiasiyasına qoşulmağa hazırdır". 

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yanvarın 1-dən Moskvanın BRİKS sədrliyinə başlaması ilə bağlı müraciətində deyib.

 

"Ümumiyyətlə, Rusiya BRİKS çərçivəsində üç əsas sahədə əməkdaşlığın -  siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr-  bütün spektrini inkişaf etdirmək üçün səylərini davam etdirəcək", - Putin bildirib.

 

Putin əlavə edib ki, Moskva assosiasiyanın “orbitində iştirak edən” bütün dövlətlərlə səmərəli işləməyi səbirsizliklə gözləyir.

 

Xatırladaq ki, BRİKS-ə 10 dövlət daxildir. Braziliyadan başqa təşkilata 2023-cü ildə Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya qoşulub. 1 yanvar 2024-cü ildə Argentina da qoşula bilərdi, lakin Cənubi Amerika ölkəsinin yeni prezidenti qoşulma ilə bağlı dəvəti rədd edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR