"Atatürk bayraq və himn qədər “qırmızı xəttdir”, onu keçmək olmaz" - AÇIQLAMA

Dünən Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Fənərbağça" - "Qalatasaray" matçı ərəblərin bəzi qadağaları səbəbilə ləğv olunub.Belə ki, klublar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək oyuna “Yurdda Sülh, Dünyada Sülh” pankartı və Atatürkün rəsmi olan köynəklərlə çıxmaq istəsə də, yerli rəhbərlik buna icazə verməyib. Eyni zamanda, matçın başlanmasına dəqiqələr qala stadionda qoşulan ərəb mahnıları türk azarkeşlərin kəskin narazılığına səbəb olub. Komandalar isə Türkiyə Futbol Federasiyasına oyuna çıxmayacaqlarını bildirib.

Məsələyə münasibətlər isə fərqlidir. Türklərin doğru etdiyini deyən də var, oyuna siyasətin qarışdırılmamasını müdafiə edən də.


Sfera.az xəbər verir ki, mövzu ilə bağlı texnobloqçu Fərid Pərdəşünas öz feysbuk səhifəsində paylaşım edib.

 

F.Pərdəşünas bildirib ki, ərəblər dünyaya siyasi mesaj vermək yox, idman göstərmək üçün oyunu alıblar:

 

“Türklər həmişə sevir ki, idmana siyasət qarışdırsınlar. Türkiyə-Ermənistan oyununa Azərbaycan bayrağını almırdılar. Bu tam düzgün qərardır. Türklər də bu qərarı qəbul edəndə doğrudur, ərəblər də. Futbol siyasət meydanı deyil. Atatürkə, türk millətinə sevgim və hörmətim sonsuzdur, amma klubların etdiyi şoudur və başqanlar da populist davranır. 

 

Əgər belə bir şey edəcəkdilərsə, ümumiyyətlə, oyunu ora salmalı deyildilər. Artıq salıb və satıblarsa, qərara hörmət etməli idilər. Federasiya ilə klub arasında olan gərginliyi dünyaya göstərməli deyildilər. Atatürk adını belə işlərdə hallandırıb, istifadə etmək olmaz. 

 

Azərbaycan təkliflər arasında var idi, amma Azərbaycanda pul yoxdur demişdi federasiya rəhbəri. Gələrdiniz bura, istədiyiniz formanı da geyinərdiniz, bayrağı da asardınız. Bura milliyəti qatmaq, hansısa millətləri günahlandırmaq olmaz”.

 

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu isə türklərin haqlı olduğunu qeyd edib:

 

“Bayrağa və himnə icazə verib, Atatürk posterlərinə icazə verməmək absurd qərar idi. Atatürk bayraq və himn qədər “qırmızı xəttdir”, onu keçmək olmaz. Səudiyyə Ərəbistanı krallığı ya bunu anlamadı, ya da anlamaq istəmədi. Atatürk harada yaşamalarından asılı olmayaraq türklərin ümumi dəyəridir”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin komitələrinə sədr seçildi - TAM SİYAHI

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni Azərba...

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

"Onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edirik" - Prezident

Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.   Sfera.az xəbər v...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...

Milli Məclis sədrinin müavinləri seçildi - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.   Sfera.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzak...

Tramp üçün son şansdır: “Yenidən bu yarışa qatılmayacam”

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp prezident seçkilərində məğlub olacağı təqdirdə bir daha namizəd olmayacağını bəyan edib.   Sfe...