“Azərbaycanın tarzənləri 30 illik ayrılıqdan sonra Qarabağa qayıdırlar” - Hikmət Hacıyev

“Azərbaycanın tarzənləri 30 illik ayrılıqdan sonra Qarabağa qayıdırlar” - Hikmət Hacıyev
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın musiqi aləti tarla bağlı paylaşım edib.

 

Sfera.az-ın məlumatına görə, o, “X” hesabında “Al Jazeera”nın Azərbaycan xalq musiqiçiləri ilə bağlı hazırladığı materiala istinadən qeyd edib ki, Azərbaycan tarzənləri 30 illik ayrılıqdan sonra Qarabağa qayıdırlar:

 

“Azərbaycan tarı uzun saplı, ənənəvi olaraq hazırlanır və Azərbaycan Respublikasında icmalarda ifa olunur. Tar və bu ənənə ilə bağlı bacarıqlar azərbaycanlıların mədəni kimliyinin formalaşmasında mühüm rol oynayır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR