"Azərbaycan-Ermənistan sülhü Rusiyanın bölgədəki təsirini tamamilə bitirəcək" - Politoloq

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda geosiyasi vəziyyəti kökündən dəyişəcək.  Rusiyanın Cənubi Qafqazda yaratdığı siyasi nizam ikinci Qarabağ müharibəsi ilə pozuldu".


Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlanarsa,  Moskvanın regionda təsiri tamamilə bitəcək:

 

"Rusiyanın Ermənistanın asanlıqla Qərbə inteqrasiya olunmasına və bu ölkədə hərbi bazalarının bağlanmasına seyrçi qalması sual doğuran məqamlardan biridir. Əgər Türkiyə Cənubi Qafqazda həlledici rola malik olmasaydı, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına mane olardı". 

 

Politoloq qeyd edib ki, sülh müqaviləsinin bağlanmasında və irəliləyiş əldə edilməsində Türkiyə faktoru əsas rol oynayır. 


"2024-cü il Rusiyanın Ukraynada ağır hərbi məğlubiyyəti Cənubi Qafqazda tamamilə geosiyasi mövqelərini itirilməsi ilə nəticələnə bilər".


Ülkər


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərimizin bağlı olmasından DANIŞDI: "Tam əminliklə deyə bilərəm ki..."

Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı o...

Milli Məclisin komitələrinə sədr seçildi - TAM SİYAHI

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni Azərba...

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

"Onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edirik" - Prezident

Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.   Sfera.az xəbər v...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...

Milli Məclis sədrinin müavinləri seçildi - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.   Sfera.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzak...