“Ermənistanla sülh müqaviləsi bu tarixdə imzalana bilər” - AÇIQLAMA

“Ermənistanla sülh müqaviləsi bu tarixdə imzalana bilər” - AÇIQLAMA

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, sülh sazişi iki ölkə arasında bütün problemləri həll etməyəcək.

 

“Sülh sazişnin fəlsəfəsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Sərhədin müəyyənləşməsi və dəhliz məsələsi sülh sazişinin xaricində qalacaq”, deyə E.Şahinoğlu bildirib.

 

Ekspertin sözlərinə görə, bunlar sonrakı danışıqlar predmetidir: “Tərəflər sülh sazişinin imzalanmasına nə qədər yaxındırlarsa, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması mövzularına vaxt daha çox sərf olunacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrinə uğurlar arzuladı - FOTOLAR

Qarabağ Universitetində ilk dərs günüdür.   Universitetdən Sfera.az-a verilən məlumata görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbə...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Bunlar sizi qadınlar üçün cazibədar edir - Kişilərin NƏZƏRİNƏ!

Kişiləri qadınların gözündə cazibədar göstərən hobbilərin adları açıqlanıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hobbilərin siyahıs...