Qarabağda “İsgəndər”lə “Dron”ların müharibəsi başlayır
17:44 / 14.11.2016
2260
"Azərbaycan və Ermənistan texniki nöqteyi-nəzərdən müharibəyə hazırdır”.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg” nəşri yazıb.
Nəşr yazır ki, Qarabağda Rusiyanın "İsgəndər”ləri ilə İsrailin "Dron"ları üz-üzə gələcək: "Ermənistan və Azərbaycan aprel müharibəsindən sonra öz hərbi güclərini artırmaq istiqamətində addımlar atdılar. Ermənistan Rusiyadan "İsgəndər”lər aldı (hansı ki, bu raketlərin Gümrüdəki rus bazasına məxsus olduğu aydındır), Azərbaycan isə İsraildən "Dron"larını öz hərbi arsenalına daxil edir, həmçinin Pakistandan yüksəktexnologiyalı silahları idxal etməyi düşünür”.
London institutunun ekspertləri nəşrə bildiriblər ki, Qarabağda ciddi partlayış təhlükəsi mövcuddur.
Nəşr qeyd edir ki, ABŞ-da yeni prezident seçildiyi üçün Vaşinqton və Moskva arasında Qarabağ məsələsi üzrə danışıqlar dayanıb: "Bu amil də bölgədə müharibənin başlamasına şərait yaradır”.
Məqalədə Qarabağ münaqişəsinin yaranma tarixi, azərbaycanlıların deportasiyası və ərazilərin işğalı faktları xatırlanır. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin şənbə günü cəbhə bölgəsinə səfəri və verdiyi mesajlar qeyd olunur. Bildirilir ki, Azərbaycan ərazilərinin azad olunması üçün lazımi addımlar atmağa hazırdır.