“Azərbaycan sülh müqaviləsinə bu bəndin salınmasına nail olmalıdır” - Politoloq

“Azərbaycan sülh müqaviləsinə bu bəndin salınmasına nail olmalıdır” - Politoloq

“Ermənistanda "Artsax” oyunları sülh müqaviləsinin bağlanmasının üstündən xətt çəkə bilər”.

 

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Onun sözlərinə görə, Ermənistanda keçmiş Qarabağ separatçıların rəhbəri Samvel Şahramanyan "Artsax”ın buraxılması barədə 27 sentyabrda imzaladığı sərəncamı ləğv etdiyini vurğulayıb.

 

“Antiterror tədbirlərindən sonra sentyabrda qərar qəbul olunub və ermənilər Qarabağdan köçüb. Proses bitib və bundan sonrakı addımlar Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoya bilər. Azərbaycan ərazisində separatizm və qondarma qurum qanunsuz idi. Həmin qurum Azərbaycan ərazisində fəaliyyət göstərdiyi zamanda nə beynəlxalq birlik tərəfindən, nə də Ermənistan tərəfindən tanınmadı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bundan sonra Ermənistanda hər hansı bir "Artsax" oyunu heç bir nəticəsi olmayan prosesdir. Bu, ermənilərin özlərinə ziyan vuran bilər. Qeyd edim ki, Ermənistan hakimiyyəti Qarabağdan gedən bir qrup separatçıların institut və struktur fəaliyyətinə icazə verməyəcəyini qeyd edir. Hətta bu kimi qurumlara maliyyə yardımnını da dayandırıb”.

 

Politoloq qeyd edib ki, ümumiyyətlə, Ermənistan hakimiyyəti qanunla ölkə ərazisində "Artsax oyunlarını" qadağan etməlidir:

 

“Azərbaycan bunu sülh müqaviləsinin bəndinə salınmasını Ermənistandan tələb etməlidir. Bundan əlavə, Ermənistanda separatçı mühitin ortaya çıxması və  ermənilərin yenidən Qarabağa qayıtması ilə yenidən separatizm baş qaldıra bilər. Azərbaycan bununla bağlı Ermənistanda baş qaldıran separatçıların fəaliyyəti barədə ABŞ və Avropa İttifaqını məlumatlandırmalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bodrumda Elgizin başına gələnlər

Aparıcı Elgiz Əkbər Bodrumda istirahətdə olarkən başına gələni danışıb.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı verilişində bir daha ...

"Tehranın artıq suyu yoxdur, paytaxt köçürülməlidir” - Pezeşkiyan

İran ciddi su böhranı ilə üzləşib. Prezident Məsud Pezeşkiyan vəziyyətin kritik olduğunu bildirərək, paytaxt Tehranın köçürülməsini təklif edib.  Sfer...

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...