Paşinyan bu dəfə Putinə “yox” deyə bilmədi - Rusiyadadır

Paşinyan bu dəfə Putinə “yox” deyə bilmədi - Rusiyadadır

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Vladimir Putinin dəvətini qəbul edib.

 

Sfera.az bildirir ki, o, artıq Sankt-Peterburqa yollanıb. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Paşinyan iki günlük işgüzar səfər məqsədilə Rusiya Federasiyasına yola düşüb.

 

“O,  dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək”, deyə məlumatda bildirilib.

 

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Moskva Ermənistandan Nikol Paşinyanın MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə, eləcə də Avrasiya İqtisadi İttifaqının rəsmi görüşündə iştirak edəcəyi barədə siqnal alıb. Rəsmi İrəvan uzun müddətdir, Rusiya platformalarını boykot edirdi. Ermənistan Moskvanın təşəbbüsü ilə keçirilən siyasi toplantılarda iştirak etmirdi.

 

Günay


OXŞAR XƏBƏRLƏR