Qarabağa xarici turistlər də səfər edə biləcək

Qarabağa xarici turistlər də səfər edə biləcək
Kateqoriya məlum deyil
T

Azərbaycan hökuməti xarici ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə turist kimi səfər etməsinə icazə verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə açıqlamasında bildirilir.

 

Məlumata görə, Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turlarında iştirak üçün xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Amma Suqovuşan istiqamətinə qrup səfərlərini Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri təşkil edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR