İmran Xan sərbəst buraxıldı

İmran Xan sərbəst buraxıldı

Pakistanın Ali Məhkəməsi həbsdə olan keçmiş Baş nazir İmran Xanın girov qarşılığında sərbəst buraxılmasına razılıq verib. 


Sfera.az xatırladır ki, İmran Xan dövlət sirri haqqında qanunu pozmaqda günahlandırılır. 


Ali Məhkəmə dövlət sirrinin pozulmasına görə, İmran Xanı və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşini mühakimə edirdi. Yeni qərarla hər iki şəxs girov müqabilində azad edilib. 


Girovu Pakistan Ədalət Fəaliyyəti Partiyası qoyub. Keşmiş baş nazir və xarici işlər nazirləri bu partiyanın üzvü olublar. Partiya hər bir üzvü üçün 1 milyon Pakistan rupisi (3,5 min dollar) məbləğində girov qoyub. 


İmran Xan avqustun 5-də məhkəmənin qərarı ilə həbs edilmişdi. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR