Rusiyada prezidentliyə namizədlər üçün TƏLƏBLƏR BƏLLİ OLDU

Rusiyada prezidentliyə namizədlər üçün TƏLƏBLƏR BƏLLİ OLDU

Rusiyada prezidentliyə namizədlər üçün tələblər təsdiqlənib.

 

Sfera.az bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası açıqlama yayıb.  Bildirilib ki, namizəd seçicilərdən ən azı 300 min imza toplamalıdır. 

 

“Amma onların sayı həm də 315 mindən çox olmamalıdır. Həmçinin, Rusiya Federasiyasının bir subyektinin ən azı 7500 imzası olmalıdır. İmza vərəqələri digər namizəd sənədləri ilə birlikdə 2023-cü il dekabrın 27-dən gec olmayaraq Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir”, - deyə qeyd olunub.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyasının hazırkı Prezidenti Vladimir Putinin seçkilərə qatılacağı bildirilmişdi.

 

Xatırladaq ki, prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR