“İran Azərbaycana qarşı informasiya müharibəsini davam etdirir” - AÇIQLAMA

“İran Azərbaycana qarşı informasiya müharibəsini davam etdirir” - AÇIQLAMA

“İran Azərbaycana qarşı informasiya müharibəsini davam etdirir”.

 

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, İranda İslam İnqilabı Keşikçilər Korpusuna(SEPAH) bağlı sosial şəbəkə kanallarında və digər kütləvi informasiya vasitələrində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və dövlət quruluşunu hədəfə alan silsilə verilişlər, analitik yazılar tirajlanmaqda davam edir:

 

“Azərbaycan Tehran rejiminin israrlarından sonra İranla münasibətləri normallaşdırmaq istiqamətində ciddi addımlar atdı. Zəngəzur dəhlizinin "Araz seqmentinin" İran ərazisindən keçməsini təmin etdi. Dövlətlərarası müqavilələr imzalandı, danışıqlar aparıldı. Amma, Tehranin hakimiyyət strukturlarında bir neçə qurum antiAzərbaycan siyasətini hələ də davam etdirir.

 

İran Xarici işlər nazirliyi və SEPAH Azərbaycanı hədəfə alan terror təşkilatı təsis edir və onlara bağlı media vasitəsilə hücum siyasətini davam etdirir. Xüsusilə Tehran rejimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımları narahatlıqla qəbul edir”.

 

Politoloq bildirib ki, İrandan Azərbaycana qarşı davam edən informasiya təxribatlarının bitəcəyinə inanmır:

 

“İran rejimi bu vasitə ilə Azərbaycanı təzyiq altında saxlamaq istəyir. İkincisi, təzyiqləri artırmaqla Güney Azərbaycan mövzusunun aktuallaşmasının qarşısını alacağını düşünür”.

 

Ülkər


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan Fransa və ABŞ rəsmiləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Baron ilə telefon danışı...

ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.   Sfera.az bu barədə sə...

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.   Sfera.az "unikal.az"a ...

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötü...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni DETALLAR - Bir gün əvvəl...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.   Sfera.az “Bakupost.az”a...

Pakistan elan etdi: 51 ölü, 121 yaralı

Pakistan Silahlı Qüvvələri bəyan edib ki, nəzarət xəttində baş verən döyüş əməliyyatları nəticəsində 40 mülki şəxs və 11 hərbçi həlak olub. Daha 121 nəfər isə y...