Prezident idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb

Siyasət
15:28 / 21.12.2023
10795
Prezident İlham Əliyev idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.
Sfera.az xəbər verir ki, dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.