Daha bir ölkə Rusiyadan qopur – Kreml görünməz “silah”la vuracaq

Daha bir ölkə Rusiyadan qopur – Kreml görünməz “silah”la vuracaq

Moldovalı deputat Doyna German deyib ki, hakimiyyət 2024-cü ilin sonuna qədər MDB çərçivəsində imzalanmış, demək olar ki, bütün sazişlərdən çıxmağı planlaşdırır.

 

Moldovanın MDB-dən çıxmaq istəyi yeni deyil. Keçmiş ruspərəst prezident İqor Dodonun hakimiyyətdən getməsi və onu qərbpərəst xanım Maya Sandunun əvəz etməsindən sonra bu istəklər daha da artıb. Sandu faktiki olaraq rəsmi Kişinyovu Kreml orbitindən çıxarıb, Qərbə inteqrasiya etmək yolunu seçib.

 

Sandu hakimiyyətə gəldiyi ilk vaxtlar bunu radikal formada etsə də, Rusiyanın Ukraynaya hücumu və ərazilərini işğalı fonunda geri addım ataraq, prosesi daha səssiz və ləng aparmağa başladı. Çünki Kremlin növbəti hədəfi həm də Moldova idi. Lakin Kişinyovun bəxti onda gətirdi ki, Moskva Ukraynada istədiyi nəticələri əldə edə bilmədi və Qərbin yardımları, Kiyevin inadlı müqaviməti ilə üzləşdi.

 

İndiki məqamda Maya Sandunun qarşısında iki mühüm seçim var. Ya o, Moldovanı həqiqətən də 2024-cü ilin sonuna qədər MDB-dən çıxaracaq, ya da prezident seçkilərinə fokuslanacaq. Qeyd edim ki, 2024-cü ilin noyabrında Moldovada prezident seçkiləri planlaşdırılır.

 

Sandu hesab edir ki, Rusiya gözlənilən seçkidən əvvəl sabitliyi pozmağı planlaşdırır. Onun bu narahatlığı əbəs deyil: Kreml uzun müddətdir, Moldovada hakimiyyət dəyişikliyi etmək istəyir. Son zamanlar ruspərəst deputatların verdiyi açıqlamalar da bu baxımdan diqqət çəkir. Misal üçün Moldovanın müxalif “İntibah” partiyasının rəhbəri Nataliya Paraska deyib ki, Rusiya və digər MDB ölkələri ilə münasibətlərin kəsilməsi yerli əhalinin istəyi deyil, rejimin seçimidir. Paraska Moldova müxalifətinin Avrasiya İqtisadi İttifaqı və BRİKS ilə əməkdaşlığa hazır olduğunu bildirib.

 

Rusiyanın Moldovaya əsas təzyiqi ölkədə ruspərəstlər olsa da, görünməyən bir silahı da var. Söhbət Qaqauziya muxtariyyətindən gedir. Qaqauzlar Moldovanın həm Aİ üzvlüyünə, həm də Rumıniya ilə birləşmək istəyinə qarşıdır. Bundan başqa, Kişinyov-Moskva gərginliyi fonunda artan qaz qiymətləri son aylarda qaqauzları qəzəbləndirib. Sonuncu dəfə Qaqauziya muxtar bölgəsinin paytaxtı Komratda enerji tariflərinin artırılmasına etiraz mitinqi keçirilib.

 

Nəticə etibarilə Doyna Germanın iddia etdiyi kimi, Moldovanın 2024-cü ilin sonuna qədər MDB çərçivəsində imzalanmış bütün sazişlərdən çıxması o qədər də ağlabatan deyil. Xüsusilə prezident seçkilərindən əvvəl Sandu hakimiyyəti belə bir riskə getməz. Lakin Sandu yenidən prezident seçilsə, rəsmi Kişinyovun bu addımı atması mümkündür. Hətta Sandu buna görə növbədənkənar prezident seçkilərinə belə gedə bilər.

 

Müəllif: Politoloq Turan Rzayev
 


OXŞAR XƏBƏRLƏR

Yüngül burun axıntısı görün hansı fəsadlara səbəb ola bilər

Burun axması xəstəliyin ən çox görülən simptomlarından biridir. İnsanlar çox vaxt buna əhəmiyyət vermirlər, lakin bu, ciddi fəsadlara səbəb ola bilər.  ...

Azad olunmuş ərazilərdə dincəlmək istəyənlərin nəzərinə!

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq s...

Şuşadakı yanğına səbəb bu imiş - RƏSMİ

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.   Sfera.az xə...

COVID-19 ilə bağlı yeni araşdırma: Əbəs yerə peyvənd olunmuşuq

“JAMA Sağlamlıq Forumu”nda dərc olunan yeni bir araşdırma nəticələrinə görə COVİD-19 pandemiyası zaman dünya üzrə tətbiq edilən hər 5400 v...

Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.   Sfera.az Report-a istinadən xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisind...

İranda güclü zəlzələ oldu

İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,7 bal maqnitudada zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə IMNA məlumat ya...