"Putinin kinayəli çıxışlarına baxmayaraq, Ərdoğan Qarabağın..." - ŞƏRH

“Putinin kinayəli çıxışlarına baxmayaraq, Ərdoğan Qarabağın işğaldan azad edilməsini uğur kimi qiymətləndirir”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

O, Ərdoğanın son dediklərini xatırladıb:

 

“Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvənləri artır. Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var. Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi”. 

 

Ekspert Türkiyə liderinin sözlərinə haqq verib:

 

“Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi və bu bizə 3 il ərzində işğala son qoymağa və ərazi bütövlüyümüzü bərpaya şərait yaratdı. O da həqiqətdir ki, Qarabağın azad edilməsi türk dövlətləri arasında inteqrasiyanı gücləndirib. Böyük ehtimalla Ərdoğan “Qarabağın azad edilməsi müsbət ab-havanı gücləndirib” dedikdə bunu da nəzərdə tutub”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR