“Bu seçkilər Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinə səbəb olacaq” - Politoloq

“Bu seçkilər Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinə səbəb olacaq” - Politoloq

“Ərazi bütövlüyü bərpa olunduqdan sonra Azərbaycanda ilk dəfə prezident seçkiləri keçiriləcək. Bu isə beynəlxalq müstəvidə ölkəmizin siyasi maraqlarının təminatı baxımından ciddi prosesdir”.

 

Bu fikirləri Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə söyləyib.

 

O bildirib ki, İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında işğal və təcavüzə son qoyulması ilə nəinki Azərbaycanda, bütövlükdə regionda yeni reallıqlar yaranıb:

 

“Növbədənkənar prezident seçkiləri yeni təhlükəsizilik və siyasi çağırışlar fonunda keçiriləcək. Düşünürəm ki, bu seçkilər Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinə səbəb olacaq. Prezidentliyə namizəd olan şəxslər ölkəmizdə milli birliyin güclənməsi, demokratik ənənənin inkişaf etdirilməsi istiqamətində mühüm siyasi işlər görəcəklər. Siyasi partiyaların bir çoxu növbədənkənar prezident seçkilərində iştirak edəcək və prosesə öz töhfəsini verəcəklər. Xalqımız da milli birlik naminə öz namizədini yüksək səviyyədə dəstəkləyəcək”.

 

Politoloqun sözlərinə görə, Xankəndi, Xocavənd və  Ağdərədə də seçki məntəqələri yaradılacaq və bu da bizim üçün qürurdur:

 

“Müstəqilliyimizin 30-cu ilində beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüz çərçivəsində seçki keçirməyimiz bütün ali niyyətlərimizə nail olduğumuzun sübutudur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR