Ceyhun Bayramovla Hakan Fidan arasında geniştərkibli görüş keçirildi - YENİLƏNİB

Kateqoriya məlum deyil
T
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan-Türkiyə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə olunub.
****
13:40
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş keşirilib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.







