Logo

Erməni revanşist deputat: “Azərbaycanla sülh mümkün deyil”

Erməni revanşist deputat: “Azərbaycanla sülh mümkün deyil”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Ermənistan hakimiyyəti nə qədər sülhdən danışırsa, Azərbaycan bir o qədər aqressivləşir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Taqui Tovmasyan danışıb.

Onun iddiasına görə, Vardenisdə tez-tez atəş səsləri eşidilir.

“Mən onları “sülh atəşi” adlandırıram. Sərhəd rayonlarımızın əhalisinin çoxu isə bu güllələrin altında yuxuya gedir”, - deyə erməni müxalifətçi deputat vəziyyəti təhrif etməkdən belə çəkinməyib.

Tovmasyan Azərbaycanla sülhə inanmadığını söyləyib.

“Mən bunu həqiqətən istəyirəm, amma buna inanmıram. Sənəd imzalandıqdan sonra onsuz da ona əməl edilməyəcək”, - deyə Tovmasyan qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR