Dövlət rəsmiləri Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR

Dövlət rəsmiləri Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür.

 

Sfera.az xəbər verir ki, dekabrın 12-si Azərbaycan Respublikası Prezidentinin köməkçiləri -Hikmət Hacıyev,  Fuad Ələsgərov, Xalid Əhədov, Kərəm Həsənov, Zeynal Nağdəliyev,  müdafiə naziri general-polkovnik Zakir Həsənov, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Azərbaycanın Belarusdakı səfiri general-polkovnik Məhərrəm Əliyev,  digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

 

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

 

Firuzə Əliyeva

Fotolar:Anar Bayramlı

 


 


OXŞAR XƏBƏRLƏR