“Növbədənkənar seçkiləri Zəfər seçkiləri adlandırmaq olar” - Arzu Nağıyev

“Növbədənkənar seçkiləri Zəfər seçkiləri adlandırmaq olar” - Arzu Nağıyev

“Fevralın 7-də baş tutacaq seçkini Zəfər seçkisi kimi də qiymətləndirmək olar. Məhz 44 günlük müharibədə zəfərin əldə edilməsi seçkilərin Şuşada, Xankəndində, Laçında, Xocalıda, Zəngilanda, Cəbrayılda, Kəlbəcərdə, Füzulidə və digər işğaldan azad edilən yaşayış məntəqələrində keçirilməsinə imkan verəcək. Buna görə də növbədənkənar seçkilər həm də Zəfər seçkiləri olacaq”.

 

Sfera.az xəbər verir ki, bunu millət vəkili Arzu Nağıyev 2024-cü ilin fevralın 7-nə təyin edilən prezident seçkilərinin əhəmiyyətini şərh edərkən qeyd edib.

 

A.Nağıyev bildirib ki, qaydalara görə vaxtında keçirilən seçkilərlə növbədənkənar keçirilən seçkilər arasında fərq yoxdur. Onun sözlərinə görə, burada əsas məqam seçkilərin Azərbaycanın müstəqillik dövründə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilməsidir.

 

Millət vəkili hesab edir ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra seçkilərin keçirilməsinin digər siyasi əhəmiyyəti də var:

 

“Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini bəzi xarici qüvvələr hələ də qəbullana bilmir, bunu həzm etmək istəmir. Növbədənkənar seçkilərin təyin edilməsi həm də onu göstərir ki, Azərbaycan siyasi sistemi gücləndirməkdən, islahatları həyata keçirməkdən, ədalətli seçki mühitini təmin etməkdən yayınmır”.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

ABŞ səfiri: "Füzulidə dağıntıların miqyasını və yenidənqurma işlərini görəndə çox təsirləndik"

Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik.   Sfera.az xəbər verir ki, bunu Füzuli və Şuşaya səfər e...

Bu qurumların sayı üç dəfə AZALDILACAQ

Azərbaycanda bələdiyyələrin sayı yaxın vaxtlarda 3 dəfəyə qədər azaldılacaq. Hazırda 1 606 olan bələdiyyə sayı azalmadan sonra 500-600-ə qədər düşəcək.  ...

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

“ABŞ səfiri Mark Libbinin Şuşaya səfərini Vaşinqtonun Azərbaycanla bağlı siyasətində mühüm müsbət dəyişikliklər kimi qeyd etmək olar”.   ...

Slovakiyanın Baş naziri Azərbaycana YOLA DÜŞDÜ

Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycana səfərə yollanıb.   Sfera.az bu barədə Slovakiya KİV-ə istinadən xəbər verir....

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

"Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi bu ölkələrin Rusiyaya müharibə elan etməsinə bənzəyir və qlobal miqyasda fəlakətə gətirib çıxarır". &n...

COP29-la bağlı iki xəstəxana AYRILDI

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Gö...