Ukraynaya silah tədarükü azalır - ABŞ Rusiya ilə gizli saziş bağlayıb?

Ukraynaya silah tədarükü azalır - ABŞ Rusiya ilə gizli saziş bağlayıb?

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında deyib ki, bir neçə həftəyə ABŞ-nin Ukraynaya yardımı tükənəcək.  O,  buna səbəb kimi Konqresin mövqeyini göstərib: “Birləşmiş Ştatlar Konqresin mövqeyinə görə Ukraynaya əlavə yardımla bağlı hər hansı təminat verə bilmir”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ hazırda istəyərək və ya istəməyərək Rusiyanın “əlinə oynayır”:

 

“Səbəbin nə olmağından asılı olmayaraq silah tədarükü lazımi səviyyədə deyil. Əgər silah tədarükü daha çox olsa idi, Ukrayna indiyə kimi daha çox uğur qazana bilərdi.  Ola bilsin, ABŞ Rusiyanın nüvə silahını tətbiq edəcəyindən narahatdır. Ona görə də onu çox qıcıqlandırmaq istəmir. Yaxud mümkündür ki, Ukraynanın uğursuzluğu ABŞ-ni daha ehtiyatlı davranmağa sövq edir. Vaşinqtonun yardımlarla bağlı tərəddüd etməsinin digər səbəbi isə məhz Rusiya ilə ehtimal edilən gizli razılaşmadır”.

 

Müsahibimiz deyib ki,  ABŞ-nin Ukraynaya dəstəyi azalan templə davam edəcək:

 

“Müharibə hələ davam edəcək. Döyüşlər yaxın vaxtda başa çatmayacaq. Bunun bir neçə səbəbi olsa da, əsas məqam ABŞ-nin sürüşkən siyasətidir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR