Paşinyan növbədənkənar seçki qərarı verir? – “Buna gedəcək, çünki...”

Paşinyan növbədənkənar seçki qərarı verir? – “Buna gedəcək, çünki...”

“Ermənistan erkən parlament seçkisilərinə gedə bilər”.

 

Sfera.az bildirir ki, bu iddia ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O qeyd edib ki, prezident İlham Əliyevin növbədənkənar prezident seçkiləri barədə qərarından sonra Paşinyanın da oxşar addım atması mümkündür:

 

“Gələn il iki ölkə arasında danışıqlar intensivləşəcək, Ermənistan müxalifəti indidən Nikol Paşinyanı sülh sazişində Azərbaycana güzəştə getməkdə ittiham edir. Erkən parlament seçkiləri vasitəsilə əlini gücləndirəcəyini planlaşdıran Paşinyan müxalifəti zəiflədib, İlham Əliyevlə danışıqlarda nəticə əldə etmək istəyə bilər. Paşinyan həm də ona arxayındır ki, Ermənistanın susqun çoxluğunun ona olan dəstəyi azalmayıb”.

 

Ekspert əlavə edib ki, Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi və iki ölkə arasında atılacaq digər addımlar Paşinyanın mövqelərini daha da gücləndirəcək:

 

“Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra müharibə istəmir. Azərbaycan və Türkiyə ilə məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Bu, Paşinyanın işinə yarayır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR