Ərdoğanın müavini Azərbaycanda səfərdədir

Ərdoğanın müavini Azərbaycanda səfərdədir
Kateqoriya məlum deyil
T

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

 

Sfera.az-ın xəbərinə görə, səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə həyata keçirilir.

 

Z.Sırakaya YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək.

 

Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR