“Əgər liderlərin ikitərəfli danışıqları baş tutmasa...” - ŞƏRH

“Əgər liderlərin ikitərəfli danışıqları baş tutmasa...” - ŞƏRH

“Ermənistanla sülh müqaviləsi bağlanmasa,  sərhəddə keçirilən görüşlərin müsbət nəticəsi olmayacaq”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, belə görüşlər dəfələrlə keçirilsə də, işin effektivliyi üçün razılaşma olmalıdır:

 

“Fikrimcə, növbəti ildən Ermənistan ikitərəfli danışıqlara məcbur olacaq. Bu istiqamətdə prosesi Avropa İttifaqı ilə Türkiyə aparır. Əgər liderlərin ikitərəfli danışıqları baş tutmasa, birgə komissiyanın sərhəddə keçirilən görüşlərinin də nəticəsi olmayacaq”.

 

Müsahibimiz deyib ki, Ermənistan danışıqlarda Vaşinqton, yaxud Brüsselin vasitəçiliyibə maraqlıdır:

 

“Paşinyanın əsas məqsədi öz şərtləri çərçivəsində sülh müqaviləsinin bağlanmasına getməkdir. Vaşinqton isə hesab edirdi ki, Azərbaycana təzyiq etməklə regionda mövqeyini gücləndirə bilər. Lakin bu siyasət öz əleyhinə işlədi. Ermənistan tərəfindən verilən sülh açıqlamaları isə reallıqları əks etdirmir, çünki siyasi iradələri yoxdur. Təlimatlar birbaşa Vaşinqtondan verilir”.

 

Xatırladaq ki, dünən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib. Tərəflər komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

 

Günay


OXŞAR XƏBƏRLƏR