Putinin \"NATO Asiyaya girmək istəyir\" İDDİASI: Rusiya liderinin məqsədi nədir?

Putinin \

“Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının əsas səbəblərindən biri Kiyevin NATO ilə yaxınlaşması idi”.

 

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Ekspertin sözlərinə görə, Rusiya Asiya ölkələrinin NATO ilə mübarizə aparması üçün çalışır:

 

“Halbuki, Ukraynanın NATO üzvlüyünə qəbulunun mürəkkəbliyi bəllidir. Buna baxmayaraq, Moskva “NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına yol vermək olmaz” bəhanəsi ilə Krımı ilhaq etdi. Rusiya Ukraynaya qarşı müharibəyə başlamaqla NATO-nu sərhədindən uzaqlaşdıra bilmədi, tam tərsi baş verdi, qonşusu Finlandiya Şimali Atlantika Blokuna qəbul olundu. 

 

Kreml indi də NATO-nun Asiyaya daxil olmağa çalışdığını iddia edir. Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxia ilə görüşdə deyib ki, NATO öz coğrafi miqyasını genişləndirməyə və Asiyaya daxil olmağa çalışır. Putinin məqsədi aydındır. Kreml sahibi müxtəlif məkanlarda NATO ilə mübarizə aparmaq gücündə deyil. Rusiya Ukrayna ilə müharibəni davam etdirərkən, tərəfdaşı Çinin də Şimali Atlantika Bloku üzvləri ilə Asiyada mübarizə aparmasını istəyir. Misal üçün Rusiya prezidenti Pekinin xoşuna gəlsin deyə, “ABŞ Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaradır” fikrini tez-tez işlədir. Kreml sahibinin sözlərinə görə, ABŞ NATO ölkələrini Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaratmaqla yanaşı, həmin bölgədə yeni hərbi-siyasi ittifaqlar formalaşdırır”. 

 

Politoloq ABŞ-nin müharibəyə qarşı olduğunu da vurğulayıb:

 

“Əslində, Kreml sahibi bu açıqlamalarla Rusiya-Çin hərbi ittifaqına və Asiyada tez-tez keçirdikləri birgə hərbi təlimlərə haqq qazandırır. Rusiya ilə Çin arasında keçirilən birgə hərbi təlimlər bölgə ölkələrini ciddi narahat edir. Öz növbəsində ABŞ Asiya bölgəsindəki müttəfiqlərinə hərbi dəstəyi artırmaqla məşğuldur. “The American Conservative” dərgisində yayımlanan məqalədə ABŞ hərbi-sənaye kompleksinin müttəfiqləri gərəkli hərbi texnika ilə təhciz etmək üçün tam gücüylə çalışdığını yazıb, müqavilələrin sayı artıb. ABŞ Tayvanı silahlandırmaqda davam edir. 

 

Buna baxmayaraq, ABŞ administrasiyası yeni müharibələrin əleyhinədir. ABŞ Prezidenti Cozef Bayden “The Washington Post” qəzetində yayımlanan məqaləsində Ukrayna və Yaxın Şərqdəki müharibələrdən sonra dünya üçün sabitlik imkanlarının açılacağını yazıb. Ağ Ev sahibinin optimizminin nəyə əsaslandığını söyləmək çətindir. Çünki müharibələr bir-birini əvəz edir. Hər halda Vaşinqton Pekinlə dialoqdan imtina etmir. Bu dialoq Vaşinqtona ona görə lazımdır ki, Asiya və Sakit Okean bölgəsində vəziyyət nəzarətdən çıxmasın. Buna baxmayaraq, ABŞ ilə Çinin bir-birinə inamları yoxdur, kiçik olay böyük qığılcıma səbəb ola bilər”.

 

Firuzə Əliyeva



 


OXŞAR XƏBƏRLƏR

Yevlaxda qəza: Minik avtomobili yük maşınına çırpıldı

Yevlaxda minik avtomobili yük maşınına çırpılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə az öncə Qazax-Bakı magistralının rayonun...

Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb... -VİDEO

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib. Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb.   Sfera.az xəbər ve...

“Qarabağ” dünya reytinqində 10 pillə irəlilədi

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.   Sfer...

Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.  ...

Bu ölkədə 6.2 bal gücündə zəlzələ baş verdi

İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə İndoneziy...

DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində,&nb...