Mirzoyan Blinkenlə görüşdü - Azərbaycanla bağlı nələr dedi?

Mirzoyan Blinkenlə görüşdü - Azərbaycanla bağlı nələr dedi?

ABŞ-nin dövlət katibi Antoni Blinken Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla görüşüb.

 

Sfera.az bildirir ki, görüş Skopyedə ATƏT-in nazirlər konfransı çərçivəsində baş tutub. Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesindəki son durumu dəyərləndiriblər.

 

Mirzoyan Blinkenə ölkəsinin sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərini Azərbaycana təqdim etdiyini deyib.

 

“Görüş zamanı həmsöhbətlər Ermənistanla ABŞ arasında ikitərəfli gündəmi, çoxtərəfli platformalar üzrə mövcud əməkdaşlıq və onun genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar”, Ermənistan XİN-in xəbərində qeyd olunub.

 

Qeyd edək ki, Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində noyabrın 30-u, dekabrın 1-də ATƏT XİN başçılarının toplantısı keçiriləcək. Ukrayna, Baltik ölkələri (Estoniya, Latviya, Litva) rusiyalı həmkarları Sergey Lavrovun tədbirə qatılması səbəbi ilə toplantını boykot edirlər.

 

Günay


OXŞAR XƏBƏRLƏR