39 fələstinli məhbusun İsraildən azad edildiyi TƏSDİQLƏNDİ

39 fələstinli məhbusun İsraildən azad edildiyi TƏSDİQLƏNDİ
Kateqoriya məlum deyil
T

Qətər Xarici İşlər Nazirliyi atəşkəs razılaşması çərçivəsində 39 fələstinli məhbusun İsraildən azad edildiyini təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə idarənin nümayəndəsi Məcid əl-Ənsari sosial şəbəkədə bildirib.

 

“Biz həmçinin razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edilməsini təsdiq edirik”, – Əl-Ənsari bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR