Zaqatalada itən hindistanlı turistdən XƏBƏR VAR - Dağıstan ərazisində...

Zaqatalada itən hindistanlı turistdən XƏBƏR VAR - Dağıstan ərazisində...
Kateqoriya məlum deyil
T

2022-ci ildə Zaqatalada yüksək dağlıq ərazidə itkin düşən hindistanlı turistin axtarışları Rusiya ərazisində davam etdirilir.

 

Sfera.az apa-ya istinadən xəbər verir ki, bu barədə itkin düşən Manikanth Kondaveetinin valideynləri məlumat verib.

 

Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Manikanth Kondaveetinin axtarışlarına Rusiya Fedarasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda axtarışlar Azərbaycan-Rusiya sərhədinin əks tərəfində, Dağıstan ərazisində gedir.

 

Qeyd edək ki, Hindistan vətandaşı Manikanth Kondaveeti 2022-ci ilin may ayının 12-də Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksək dağlıq meşəlik ərazisində itkin düşüb. Azərbaycan ərazisində onunla bağlı uzun müddət axtarışlar aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR