Qəzzada atəşkəs: Müharibə nə qədər davam edəcək? - Nazir AÇIQLADI

Qəzzada atəşkəs: Müharibə nə qədər davam edəcək? - Nazir AÇIQLADI

Qətər Qəzzada atəşkəsin bu gün yerli vaxtla saat 07:00-da başlayacağını, 13 nəfərlik qrupun saat 17:00-da Qəzzanı tərk edəcəyini açıqlamışdı.


Sfera.az xəbər verir ki, HƏMAS-ın saxladığı 50 israilli məhbusun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək. Humanitar fasiləyə yardımın Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzzaya daxil olması da daxildir.


İsrailin Baş naziri Benyamin Netanyahu məhbus mübadiləsində çoxlu çətinliklər olduğunu bildirib.  İsrail müdafiə naziri Yoav Qallant da 4 günlük atəşkəsdən sonra müharibənin daha iki ay davam edəcəyini gözlədiklərini söyləyib. 

 

Digər tərəfdən, İsrail ordusu Qəzzada HƏMAS ilə əldə olunan və münaqişədə humanitar fasilə nəzərdə tutan razılaşmanın ümumi xətlərinin “son” olmadığını və onlara dəyişiklik edilə biləcəyini açıqlayıb.

 

Xatırladaq ki, 2011-ci il oktyabrın 11-də də HƏMAS və İsrail arasında bir razılaşma əldə olunmuşdu.

 

Belə ki, HƏMAS-ın Misir vasitəsilə İsraillə bağladığı məhbus mübadiləsi razılaşması çərçivəsində həbsxanalarda olan 1027 fələstinli məhbus bir İsrail əsgəri (Gilad Şalit) qarşılığında azad edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR