Azərbaycanda sabiq məmura VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM + FOTO

Azərbaycanda sabiq məmura VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM + FOTO

İqbal Babayev Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin Azərbaycan tərəfdən həmsədri təyin edilib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

 

Xatırladaq ki, İ. Babayev ötən ilin sonunadək Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

 

Bakı və Bişkek 2022-ci ilin oktyabrın 11-də Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş imzalayıb. Birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edəcək, mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək.

 

Fond Qırğızıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və inkişaf etdirilməsinə, imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılır.

 

Fond ölkədə qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə münasibətlərdə aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, qaz sənayesi, tikiş və toxuculuq sənayesi, dağ-mədən və metallurgiya sənayesi və digər sahələrdə kredit və borc vermək, kapitalda iştirak etmək və digər maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda təsisçilər üçün prioritet layihələrə investisiyalar yatıracaq.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...