Sərhəddə görüşün keçirilməsinə heç kim qarışa bilməz - Millət vəkili

Sərhəddə görüşün keçirilməsinə heç kim qarışa bilməz - Millət vəkili

“Azərbaycan tərəfi görüşün məhz sərhəddə keçirilməsini təklif edib. İki dövlət arasında vasitəçi olmadan görüşün keçirilməsinin anonsu daha öncə verilmişdi. Ermənistan prezidentinin İraq prezidenti ilə görüşündə də bu məsələ qaldırılmışdı”. 

 

Sfera.az xəbər verir ki, bu fikirləri Musavat.com-a millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili diqqətə çatdırıb ki, sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar delimitasiya və demarkasiyadan başlayır: “Sərhədlər müəyyən edildikdən, verilən təkliflər müzakirə olunduqdan sonra növbəti addım üçün zəmin yaranır. Düşünürəm ki, Ermənistan XİN Azərbaycan XİN-nin səsləndirdiyi təklifə müsbət cavab verib. Vasitəçilər olmadan birbaşa təmasla mövcud problemlərin həll edilməsi üçün addımların atılması əhəmiyyətlidir. Bu, sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımdır. Görüşdən sonra hansı məqamların üzə çıxacağı barədə danışmaq tezdir. Azərbaycanın irəli sürdüyü 5 prinsip bəllidir. Ermənistan isə Qərbin təkidi ilə 3 prinsipi qabartmağa çalışır. Sərhəddə görüşün keçirilməsinə heç bir havadar, təzyiq vasitəsindən istifadə etmək istəyən dövlətlər qarışa bilməz”.

 

Xatırladaq ki, Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşması üçün 5 əsas prinsipi irəli sürüb:

 

 -Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması.

 

 -Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 

 -Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 

 -Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 

 -Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...