Oktyabrın 7-dən Qəzzada ölənlərin sayı 14 mini keçib

Siyasət
23:25 / 22.11.2023
13043
Oktyabrın 7-dən bəri Qəzza zolağında ölən fələstinlilərin sayı 14 min 532 nəfərə çatıb.
Sfera.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qurbanlar arasında 6 minə yaxın uşaq, 4 minə yaxın isə qadın var.
Azı 7 min insan hələ də itkin düşmüş hesab edilir ki, onlardan 4 700-ə yaxını qadın və uşaqlardır.
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb.