Vaşinqtonun İrəvanla bağlı MİLYARDLIQ PLANI: Regionu hansı təhlükələr gözləyir?

Vaşinqtonun İrəvanla bağlı MİLYARDLIQ PLANI: Regionu hansı təhlükələr gözləyir?

ABŞ Ermənistanda kiçik nüvə reaktorlu atom elektrik stansiyası tikmək istəyir. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd olunub ki, layihənin təşəbbüskarı ABŞ-nin “NuScale Power” şirkətidir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, indiyə qədər 18 ölkədə 80-dən çox buna bənzər layihələrə 100 milyard dollar civarında vəsait xərclənib:

 

“Lakin belə kiçik modul reaktorlardan heç biri kommersiya məqsədli istifadə mərhələsinə qədər gəlib çata bilməyib. ABŞ isə 10 ildən çoxdur ki, bu sektoru maliyyələşdirirsə də, hələlik ciddi nəticələr yoxdur. “NuScale Power” şirkəti dəfələrlə belə layihələrdə uğursuzluğa düçar olub”.

 

Ekspert bildirib ki, layihə təşəbbüsünün yenidən gündəmə gətirilməsini Azərbaycan-ABŞ münasibətlərinin bugünki vəziyyətində imitasiya adlandıra bilərik:

 

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmadığı təqdirdə, hansısa bir ABŞ şirkətinin Ermənistana dəyəri milyardlarla ölçülən investisiya fəaliyyətini gerçəkləşdirməsi ağlabatan deyil. Bu, sadəcə psixoloji təhdid imitasiyasıdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR