ABŞ-nin Yaxın Şərqdə əsas rəqibi kimdir? - ŞƏRH

ABŞ-nin Yaxın Şərqdə əsas rəqibi kimdir? - ŞƏRH

“Böyük dövlətlər Yaxın Şərqdəki gərgin vəziyyətdən çıxış yolları axtarırlar. ABŞ-nin səyləri hələ ki, nəticə vermir, Rusiya Ukrayna müharibəsi fonunda Yaxın Şərqdəki hadisələrə müdaxilə edə bilmir. Türkiyənin İsrailə qarşı sərt mövqeyi ərəb ölkələri tərəfindən birmənalı qarşılanmır”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

Politoloq bildirib ki, Çin Yaxın Şərq ölkələri ilə əlaqələrini genişləndirmək siyasətini davam etdirir:

 

“Çinin resurslara ehtiyacı var. Həmin resurslar hansı bölgədə varsa, Çin orada fəal siyasət yürütməyə çalışır. Pekin üçün belə bölgələrdən biri Yaxın Şərqdir. Pekin üçün Sakit Okean bölgəsindən sonra ikinci ən vacib bölgə Yaxın Şərqdir. Yaxın Şərq ölkələri Vaşinqtondan sonra Pekinlə sıx əməkdaşlığa üstünlük verirlər. Pekin Yaxın Şərqdə Amerika Birləşmiş Ştatlarının əsas rəqibinə çevrilib. Halbuki, “soyuq müharibə” illərində ABŞ-ın Yaxın Şərqdəki əsas rəqibi keçmiş SSRİ idi. Rusiya Yaxın Şərqdə SSRİ-ni əvəz etmək gücündə deyil. Rusiyanın gücü sadəcə, Suriyada Bəşər Əsəd rejimini dəstəkləməyə çatır. Çin 2013-cü ildə “bir kəmər, bir yol” təşəbbüsü ilə çıxış edib. Çin Yaxın Şərqi bu təşəbbüsün bir parçası elan edib. Çində istehsal edilən məhsulların böyük qismi Süveyş kanalı üzərindən Avropa ölkələrinə daşınır. Çin neftə olan tələbatının yarısını Yaxın Şərqdən əldə edir”.

 

E.Şahinoğlu Yaxın Şərq ölkələrində Pekinin siyasətindən narazılığın artdığını da qeyd edib:

 

“Bir kəmər, bir yol” təşəbbüsünün Yaxın Şərq ölkələrindən çox Çinə fayda gətirdiyini söyləyənlər var. Digər tərəfdən, Çin bu ölkələrdə reallaşdırdığı layihələrə işçi qüvvəsini yerlilərdən yox, çinlilərdən formalaşdırır. Çin bu siyasətini başqa bölgələrdə də reallaşdırıb. Misal üçün, Çinin Mərkəzi Asiya ölkələrindəki layihələrinin əksəriyyətində işçi qüvvəsi çinlilərdən formalaşdırılıb. Bu amil Mərkəzi Asiya ölkələrində də narazılıqla qarşılanır, bəzi hallarda işçilər arasında toqquşmalar qeydə alınır. Çin bir ara İsraillə əməkdaşlığını genişləndirməyə çalışıb. Çin 5G sistemini İsraildə tətbiq etmək istədikdə Tel-Əviv Vaşinqtonun təzyiqi ilə Pekinin təklifindən imtina etdi. Vaşinqton hesab edir ki, Pekin 5G sistemini müxtəlif ölkələrdə tətbiq etməklə ABŞ-a qarşı kəşfiyyat fəaliyyətini genişləndirməyə çalışır. İsraili və ABŞ-ni həm də o narahat edir ki, Çin İranla hərbi sahədə əməkdaşlığa maraq göstərir. Çinin İran ərazisində müxtəlif məqsədli hərbi bazalarının yaradılması imkanları Vaşintonda narahatlıqla qarşılanır. Vaşinqtonda düşünürlər ki, Pekin İranla müttəfiqliyi genişləndirməklə Əfqanıstan, Suriya və İraqda da fəallığını artırmağa çalışacaq”.

 

Ekspert əlavə edib ki, Vaşinqton Pekinin bu planlarının qarşısını almaq üçün Dehli ilə hərtərəfli tərəfdaşlığını genişləndirməyə qərar verib:

 

“ABŞ dövlət katibi Entoni Blinkenin bir müddət əvvəl Hindistana səfəri bundan xəbər verir. Entoni Blinken Hindistanın baş naziri Narendra Modi ilə görüşdə qlobal çağırışlarla bağlı ortaq mövqelərini təsdiqləyiblər. Bu görüş zamanı ABŞ-nin “General Electric (GE) Aerospace” şirkəti ilə Hindistanın Hindustan “Aeronautics Limited” şirkəti arasında GE F-414 reaktiv mühərriklərinin Hindistanda istehsalına dair danışılqarın gedişi yüksək qiymətləndirilib”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...