“ABŞ “bir daşla iki quş vurmaq” istəyir” - Ermənistan odun içinə necə salınır?

“ABŞ “bir daşla iki quş vurmaq” istəyir” - Ermənistan odun içinə necə salınır?

“Ermənistan Vaşinqtonun vasitəçiliyi ilə Ukraynaya “Toçka- U” raketləri ötürməyə razılıq verib”.

 

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib  ki, belə bir iddia ilə Kremlə yaxın mənbələr çıxış ediblər:

 

“Amma hələ ki, bu iddianı təsdiqləyəcək sübut yoxdur. Ermənistanın Ukraynaya ötürə biləcəyi silahların sayı da məlum deyil”.

 

Vaşinqton niyə Ukraynanı Ermənistanın əli ilə silahlandırır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, kollektiv Qərb Rusiyanın müharibədə qalib gəlməsini istəmir və bu səbəbdən də bütün imkanlardan istifadə edir:

 

“Sözügedən iddia reallığa uyğun olmaya da bilər. Bunun sadəcə, informasiya müharibəsinin tərkib hissəsi olması da mümkündür. Amma əsas məsələ heç də Ukraynaya “Toçka- U” raketlərinin verilməsində deyil. ABŞ bunu birbaşa, tranzit ölkədən istifadə etmədən də edə bilərdi. Lakin tranzit ölkə kimi məhz Ermənistanın seçilməsi Moskva ilə münasibətlərdəki mövcud çatların daha da dərinləşməsinə hesablanıb. Hazırda Vaşinqton üçün prioritet məhz budur”.

 

Müsahibimiz qeyd edib ki, ABŞ “bir daşla iki quş vurmaq” fikrindədir:

 

“Vaşinqtonun Ermənistanın əli ilə Ukraynanı silahlandırması prosesi gələcəkdə özünü daha açıq göstərə bilər. Bu isə dünyadakı qütbləşmənin, həmçinin Ağ Evin regionu “qaynar qazana” çevirmək istəyinin bariz təzahürüdür”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...