ABŞ-nin Qarabağla bağlı PLANI: “İran və Türkiyə prosesdən kənarlaşdırılsın...”

ABŞ-nin Qarabağla bağlı PLANI: “İran və Türkiyə prosesdən kənarlaşdırılsın...”

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Sülh qovşağı” təklifi hələ də müzakirə obyekti olaraq qalır. Təklifin mahiyyəti bölgə ölkələri arasında kommunikasiya yollarının açılmasıdır. Maraqlısı odur ki, sözügedən təklifi ABŞ da dəstəkləyir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazə deyib ki,  Vaşinqton Ermənistanın istədiyi sülh müqaviləsində maraqlıdır:

 

“Ermənistanın istədiyi isə sülh deyil, Azərbaycana qarşı beynəlxalq təzyiqi artırmaq və hərbi müdaxiləyə əl atmaqdır. Paşinyanın "Sülh Qovşağı" adı altında beynəlxalq təşkilatlara təqdim etdiyi plan regional kommunikasiyaların açılmasını özündə ehtiva edir. Halbuki, Azərbaycan bu kimi planı çoxdan təqdim edib. Amma Ermənistan Azərbaycana Zəngəzurdan istifadəyə öz şərtləri daxilində icazə verir. Bu da Azərbaycanın milli maraqlarına ziddir və bu halda təhlükəsizlik təminatı yoxdur. Eyni zamanda Paşinyanın “Sülh Qovşağı” planı İran və Rusiya qarşıdır. Artıq Azərbaycan İranla Zəngəzur dəhlizinin bu ölkənin ərazisindən keçməsini razılaşdırıb. Vaşinqton İran ərazisindən keçən yolun açılmasına qarşıdır. Ermənistan isə xüsusilə ABŞ-nin birbaşa nəzarət ilə yolun açılmasında maraqlıdır”.

 

Ekspert bildirib ki, “Sülh Qovşağı” təklifi Vaşinqtonun regional siyasətinin əsas hissəsidir:

 

“Bu planda İran, Türkiyə prosesdən kənarlaşdırılır, regionda ABŞ və Ermənistanın öz geosiyasi planı reallaşır. Ümumiyyətlə, Vaşinqton regiona daxil olaraq, yenidən Qarabağ məsələsini gündəmə çıxarır. Bununla da “Dağlıq Qarabağ”ın gələcəyini açıq müstəvidə müzakirə edir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR