Fransa bu ölkənin prezidentini həbs edəcək – Beynəlxalq axtarış elan edildi

Fransa bu ölkənin prezidentini həbs edəcək – Beynəlxalq axtarış elan edildi

Fransa Suriya prezidenti Bəşər Əsədin həbsinə dair beynəlxalq axtarış elan edib. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Fransanın “Le Monde” qəzeti yazıb. 


Qəzet yazır ki, Əsəd 2013-cü ildə kimyəvi silahdan istifadə etməkdə ittiham olunur:

 

“Fransada kimyəvi silahdan istifadə ilə bağlı ümumilikdə dörd həbs qərarı çıxarılıb. Suriya prezidenti ilə yanaşı, onun qardaşı, Suriya Respublika Qvardiyasının komandanı Maher Əsəd və iki generala qarşı ittihamlar irəli sürülüb. Onlar insanlığa qarşı cinayətlərdə ittiham olunurlar.

 

İlk dəfə 2012-ci ilin dekabrında kimyəvi silahdan istifadəyə görə Bəşər Əsəd hökumətinə qarşı ittihamlar irəli sürülüb. Daha sonra Əl-Bayda ətrafında kimyəvi hücum nəticəsində 6 nəfər həlak olub. 21 avqust 2013-cü ildə Dəməşqin sıx məskunlaşdığı ərazidə kimyəvi silahdan istifadə edilib. Daha sonra Şərqi Qutada 300-dən 1700-ə qədər insan sarin sinir qazının təsirindən ölüb”. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR