Fransanın Azərbaycana qarşı YENİ OYUNU: “Ermənistanla birlikdə..”

Fransanın Azərbaycana qarşı YENİ OYUNU: “Ermənistanla birlikdə..”

“Fransanın Ermənistana verdiyi silahlar Azərbaycana qarşı istifadə ediləcək”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Avropa İttifaqının siyasi dəstəyi ilə Fransanın Ermənistana hərbi texnika və silahlar tədarük etməsi regionda yeni hərbi eskalasiyaya gətirib çıxara bilər:

 

“Ermənistan hakimiyyətinin Azərbaycana qarşı diplomatik müharibəsi davam edir. Bu gün Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində və digər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı iddialar qaldırması, bu ölkənin nə qədər sülhdən kənar olduğunu göstərir. Fikrimcə, Qərb ölkələri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına dəstək verəcək. Ona görə də Fransadan Ermənistana göndərilən silahlar təlim poliqonlarında istifadə edilmək üçün deyil,  Azərbaycana qarşı istifadə edilmək üçün verilir. Ermənistanın sülhdən boyun qaçırması və silahlanmasında əsas məsuliyyəti məhz Avropa İttifaqı daşıyır”.

 

Ekspert bildirib ki,  Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda qüvvələr balansının dəyişilməsinə nail olmaq istəyir:

 

“Azərbaycan Türkiyənin ölkəmizdə hərbi bazasının yaradılması istiqamətində addımlar atmalıdır. Çünki  Ermənistan və Fransa Cənubi Qafqazda Azərbaycana qarşı yeni oyun hazırlaqlarına başlayıb. Avropa İttifaqı Ermənistanda müşahidəçilərin sayının artırılması barədə qərar qəbul edəcək. Bu onu göstərir ki, Fransa və Avropa İttifaqı artıq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçi ola bilməzlər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Sənədsiz evlərə çıxarışların verilməsində YENİLİK

"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət q...

Kamaləddin Qafarov: III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı

“İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi...

Əli Cam və oğlu azadlığa çıxdı

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.    ...

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdı

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.   Sfera.az Report-a istinadla xəbər verir ki, 1993-cü...

Neft ucuzlaşdı

Dünya bazarlarında neft ötən günlə müqayisədə ucuzlaşıb.   Sfera.az xəbər verir ki, hazırda “Brent” markalı neft 68,85 dollara, yüngül ne...

Yanğınların söndürülməsinə 2 helikopter cəlb olundu

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib və dərhal ərazi...