Türkiyə və Azərbaycanın mədəniyyət nazirləri müqavilə imzalayacaq

Türkiyə və Azərbaycanın mədəniyyət nazirləri müqavilə imzalayacaq
Kateqoriya məlum deyil
T

Noyabrın 13-də Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında əməkdaşlığa dair müaqvilə imzalanacaq.

 

Bu barədə Sfera.az-a Türkiyənin Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Qeyd edək ki, Adil Kərimli Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı Baş Qərargahında təşkil olunan “Şuşa rəssamları” sərgisində də iştirak edəcək.

 

Həmin gün “Şuşa-2023 – Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda, Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR