İsrail ordusu HƏMAS-ın daha bir komandirini öldürüb
Kateqoriya məlum deyil
T
İsrail ordusu HƏMAS-ın komandirlərindən olan Əhməd Siami öldürüb.
Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
O, qruplaşmanın Naser Radvan qolunun komandiri idi.
Xatırladaq ki, bu il oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl bildirib ki, HƏMAS məhv olanadək müharibə davam edəcək.






