ABŞ-Çin arasında YENİ GƏRGİNLİK: Bayden Pekini nə ilə ittiham edir?
“Vaşinqton Pekinlə mübarizədə bütün üsullardan istifadə etməyə çalışır”.
Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden bildirib ki, Çin hakimiyyəti 2023-cü ilin sonuna qədər panqolinləri nəsli kəsilməkdən qorumaq üçün "əhəmiyyətli öhdəliklər" götürməlidir:
“Əks təqdirdə, o, Çinə ticarət məhdudiyyətləri tətbiq edə biləcəyini söyləyib. Panqolinlər dünyanın yeganə pullu məməliləridir, bu heyvan növü tez-tez ovlanır və qaçaqmalçılığa məruz qalır. Nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin ticarəti müvafiq beynəlxalq konvensiya ilə qadağandır. ABŞ prezidenti isə hesab edir ki, qadağaya baxmayaraq, Çin panqolinin dünyada ən böyük idxalçısıdır. Panqolinlərin Çin bazarında satışına şərait yaradılıb”.
Ekspert Pekinin Baydenin ittihamlarını qəbul etmədiyini vurğulayıb: “Pekində hesab edirlər ki, Vaşinqton Çinin imicinə zərbə vurmağa çalışır. Beləliklə, panqolinlər mövzusu Vaşinqtonla Pekin arasında yeni gərginlik mövzusuna çevrilib”.
Günay