ABŞ İsrail və Qətər Qəzzadakı döyüşlərə 3 günlük fasiləni MÜZAKİRƏ EDİRLƏR

ABŞ İsrail və Qətər Qəzzadakı döyüşlərə 3 günlük fasiləni MÜZAKİRƏ EDİRLƏR

ABŞ İsrail və Qətər Qəzzadakı döyüşlərə 3 günə qədər fasilə verilməsini müzakirə edir.

 

Sfera.az xəbər verir ki, iki xarici diplomatın sözlərinə görə, Birləşmiş Ştatlar İsrail və Qətərlə daha çox humanitar yardımın çatdırılmasına və HƏMAS-ın əlində olan bəzi girovların azad edilməsi üçün Qəzzada döyüşlərə üç günə qədər fasilə verilməsi təklifini müzakirə edir. 

 

Vasitəçi kimi çıxış edən Qətər həftələrdir Qəzzada mümkün fasilə ilə bağlı HƏMAS ilə danışıqlar aparsa da, yekun razılaşma əldə oluna bilməyib.  İsrail rəsmiləri bildiriblər ki, HƏMAS atəşkəslə razılaşmadan əvvəl ilk növbədə saxladığı təxminən 240 girovun hamısını azad etməlidir.

 

Müzakirələrlə tanış olan ərəb mənbəsi hələ də razılığın əldə olunacağına ümidin olduğunu bildirib.

 

İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi hökumətinin Qəzzada hərbi kampaniyada "taktiki kiçik fasilələr"i nəzərdən keçirəcəyini, lakin daha geniş atəşkəsin ola bilməyəcəyini söyləyib.

 

Xarici diplomatlar bildiriblər ki, indiyədək İsrail HƏMAS-a qarşı hərbi təzyiqləri hər hansı şəkildə azaltmaq və ya Qəzzada saxlanılan girovların təhlükəsizliyi və azadlığına dair qəti təminat olmadan döyüşdə bir sıra müvəqqəti fasilələrin olmasından çəkinir. İsrail HƏMAS-a qarşı havadan və qurudan hücumu davam etdirdiyi üçün Bayden administrasiyası indiyə qədər İsraili Qəzzada döyüşlərdə fasilələrə razılıq verməyə razı sala bilməyib.


 Administrasiya Qəzzada saxlanılan girovların dəqiq sayının məlum olmadığını deyib.  HƏMAS isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin girovları ziyarət etmək xahişini rədd edib.


Qeyd edək ki, rəsmi rəqəmlərə görə, HƏMAS oktyabrın 7-dən İsrailə hücumu (əksəriyyəti mülki olmaqla 1400-ə yaxın insanın ölümünə səbəb olan) zamanı israilli və xariciləri girov götürüb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR