Rusiyanın “sülh hazırlığı”: “Rəsmi Bakı rədd edəcək, İrəvan isə…”
Kateqoriya məlum deyil
T
“Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hazırlayır. Bunu Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşev söyləyib”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, xatırladıb ki, sülh müqaviləsinin əsas beş prinsipini Azərbaycan Ermənistana təqdim edib: “Bu baza prinsip Ermənistan, ABŞ və Avropa İttifaqı tərəfindən də qəbul edilib. Qərbin vasitəçiliyində yaranan böhrandan istifadə edən Rusiya sülh müqaviləsini mətnini hazırlayır. O, iki ölkə arasında əsas vasitəçi olmağa çalışır. Amma Azərbaycan belə bir sülh mətnini qəbul etməyəcək”.
Ekspertin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyan da Rusiyanın vasitəçiliyinə tam qarşıdır: “Ona görə də Rusiyanın vasitəçiliyi mümkün görünmür”.
Günay






