Müharibədən sonra Qəzzada nələr olacaq? – Netanyahu AÇIQLADI

Müharibədən sonra Qəzzada nələr olacaq? – Netanyahu AÇIQLADI

Döyüşlərin dayandırılmasından sonra İsrail qeyri-müəyyən müddətə Qəzza zolağında təhlükəsizliyi təmin edəcək.


Sfera.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. 


O, ABŞ Prezidenti Co Baydenin İsrailin Qəzzanı nəzarətə götürməsinin səhv addım olacağına dair bəyanatını cavablandırarkən belə deyib. 


"ABC" telekanalının jurnalisti İsrail baş nazirindən döyüşlər bitdikdən sonra Qəzzanı kimin idarə edəcəyini soruşub.

 

Netanyahu suala cavabında bunları deyib:

 

“Düşünürəm ki, İsrail Qəzzada təhlükəsizlik məsələlərini öz üzərinə götürəcək. Bunun nə qədər davam edəcəyini demək çətindir. Təhlükəsizlik məsələlərini başqalarının ixtiyarına buraxa bilmərik. Çünki bunu başqaları etdikdə nə baş verdiyini görmüşük. Təhlükəsizlik tədbirlərini başqaları gördükdə regionda HƏMAS terrorunun alovlanması ilə üzləşirik”. 


Benyamin Netanyahu qeyd edib ki, bütün girovlar azad olunana qədər əməliyyatlar davam edəcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR