ABŞ-nin dövlət katibi Türkiyədən nə istəyib? – Səfərin GİZLİ DETALLARI
Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında Ankarada keçirilən görüş 2,5 saat davam edib.
Sfera.az xəbər verir ki, “Əl-Cəzirə” televiziyası görüşlə bağlı diqqətçəkən məlumatlar paylaşıb.
Görüşdən sonra verdiyi açıqlamada Fidanla məhsuldar görüş keçirdiklərini bildirən Blinken Qəzzaya yardım və sülh səylərini müzakirə etdiklərini bildirib.
Qətərin “Əl-Cəzirə” televiziyası isə görüşün məzmunu ilə bağlı diqqətçəkən bir xəbər dərc edib. Xəbərə görə, görüşdə Türkiyə rəsmiləri ABŞ-yə “Qəzzada qeyd-şərtsiz atəşkəs” üçün təzyiqlər edib, ABŞ isə bəzi tələblər irəli sürüb. “Əl-Cəzirə” iddia edir ki, ABŞ Türkiyədən İsrailli məhbusların azad edilməsi üçün HƏMAS-a daha çox təzyiq göstərməyi istəyib.Türkiyə isə bu istəyə cavab olaraq əsir mübadiləsinin qarşılıqlı olması və İsrailin əlində saxladığı fələstinli məhbusları da azad edilməsini tövsiyə edib.
“Əl-Cəzirə” bugünkü iclasda Türkiyənin Qəzzada atəşkəs üçün qarant təklifini gündəmə gətirdiyini və atəşkəsə beynəlxalq səviyyədə nəzarət edilməsini istədiyini bildirib. Xəbərdə ABŞ tərəfinin Qəzzada atəşkəs əvəzinə "humanitar fasilə"də israr etdiyi qeyd edilib.
Xatırladaq ki, İsraili dəstəkləyən ABŞ administrasiyasının rəsmiləri daha əvvəl Qəzzada atəşkəsin HƏMAS-ın xeyrinə olacağını iddia etmişdilər.
Vasif