Ceyhun Bayramov Rumıniya Baş naziri ilə görüşdü - FOTO
Kateqoriya məlum deyil
T
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Marçel Çolaku ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, tərəflər ikitərəfli və regional gündəmdə duran məsələlərin geniş spektrini müzakirə ediblər və Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.












